Qasım bəy Zakirin evi sökülə bilər
15 dekabr 2011 20:07 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. 19 əsrdə yaşamış görkəmli Azərbaycan şairi Qasım bəy Zakirin bir vaxtlar yaşayıb-yaratdığı evin sökülmək ehtimalı var. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1815-ci ildə Ağdamın Xındırıstan kəndində inşa olunan bu binada hazırda uşaq musiqi məktəbi fəaliyyət göstərir. Tikilinin qəza vəziyyətində olması şagird və müəllimlərin həyatı üçün təhlükə törətdiyindən, burada yeni binanın inşası nəzərdə tutulub.
Son günlərədək musiqi məktəbi kimi istifadə olunan bina 1830-cu ildə, Xurşudbanu Natavanın atası Mehtiqulu xan tərəfində şairə hədiyyə edilib. O vaxtlar bir mərtəbədən ibarət olan evin ikinci qatı 1904-cü ildə əlavə olunub. Sovet hakimiyyəti illərində, tikili anbar, xəstəxana, məktəb və ən nəhayət musiqi məktəbi rolunu oynayıb. Yaşı iki əsrə yaxın olan bəy evi son illər təhlükəli vəziyyətə düşdüyündən onun yenisi ilə əvəzlənməsi nəzərdə tutulur. Binanın söküləcəyinə dair fikirlər səslənsə də, bu, hələ ki, təsdiqini tapmayıb.
Ağdam Rayon Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımovun sözlərinə görə, binanın təmiri üçün dəfələrlə aidiyyatlı qurumların mütəxəssisləri tikilidə olublar: “Binaya baxış keçirən mütəxəssislər bəy evinə təmir məqsədilə müdaxiləni məqbul hesab etməyiblər. Ona görə də, evin yaxınlığında başqa bir məktəb binasının inşası üçün hazırlıq işləri aparılır”.

Sosial
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024