Bank Of Baku

Dövlət Sərhəd Xidməti tərəfindən bu il ərzində Azərbaycanda 200-dən çox qeyri-leqal miqrant saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən bu il ərzində Azərbaycanda 200-dən çox qeyri-leqal miqrant saxlanılıb
# 16 dekabr 2011 09:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə DSX-nın şöbə rəisi Azad Qasımov Dövlət Miqrasiya Xidmətində (DMX) 18 dekabr – Beynəlxalq Miqrant Günü ilə əlaqədar keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, saxlanılan miqrantlar Avropa, Asiya və Afrika qitələrindən olan şəxslərdir: “Qeyri-leqal miqrantlar saxta vizalardan, pasportlardan istifadə etməklə dövlət sərhədini keçməyə cəhd edirlər. Hava limanının tranzit sektorunda da bu hallar intensivləşib. Belə ki, 15 Əfqanıstan vətəndaşı Avropa ölkələrinin saxtalaşdırılmış pasportları ilə hava limanının tranzit sektorundan keçməyə cəhd edərkən saxlanılıb. Onlarda saxta İspaniya pasportu aşkarlanıb. Dünən saxlanılan Əfqanıstan vətəndaşında isə saxta Portuqaliya pasportu olub”.

A. Qasımov əlavə edib ki, hazırda qeyri-leqal miqrantlar müasir texnologiya ilə hazırlanmış saxta sənədlərdən istifadə edirlər: “Bu bizim işimizə çətinlik yaratsa da, əməkdaşlarımız yüksək peşəkarlıqla belə halların qarşısını alırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR