Bank Of Baku

Şagirdin ölümündən sonra istifadəsi dayandırılan mantu sınağının vurulması bərpa edilib

Şagirdin ölümündən sonra istifadəsi dayandırılan mantu sınağının vurulması bərpa edilib
# 16 dekabr 2011 09:56 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Baş Səhiyyə İdarəsinin baş həkiminin müavini Rauf Nağıyev məlumat verib. O bildirib ki, mantu sınağının istifadəsi bu gündən davam etdiriləcək: “Şagirdin meyitinin kimyəvi-laborator müayinəsi nəticəsində məlum oldu ki, onun ölümünün səbəbi dərman preparatının keyfiyyəti və tərkibi ilə əlaqəli deyil”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Lökbatan qəsəbəsində yerləşən 7 saylı peşə məktəbinin şagirdi Namiq Salmanovun ölümünə ona qoyulmuş mantu sınağının səbəb olmadığını açıqlayıb.

Xatırladaq ki, Lökbatan qəsəbəsində yerləşən 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Namiq Salmanov noyabrın 28-də peyvənd olunduqdan sonra poliklinikadan məktəbə qayıdarkən qəflətən yerə yıxılıb və ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR