Bank Of Baku

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
# 16 dekabr 2011 10:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 14-də urologiya, nevropatologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə keçirilən imtahanlarda 24 həkim iştirak edib. Onlardan 23-ü uğurlu nəticə göstərib.

Növbəti test imtahanları dekabrın 21-də immunologiya, oftalmologiya və mamalıq-ginekologiya ixtisasları üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR