Bank Of Baku

Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsi başa çatıb

Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsi başa çatıb
# 16 dekabr 2011 10:18 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Bakıda “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkil etdiyi (The US-Educated Azerbaijani Alumni Association ) Azərbaycan Biznes Keys Müsabiqəsinin (Azerbaijan Business Case Competition 2011) final mərhələsi başa çatıb. “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin İdarə Heyətinin sədri Ceyhun Kərəmovun APA-ya verdiyi məlumata görə, bu, qabaqcıl yerli ali məktəbləri təmsil edən tələbə komandalarının iştirak etdiyi ənənəvi müsabiqədir. Müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim ediblər. 2006-cı ildən etibarən isə bu müsabiqənin keçirilməsi hüququ eksklüziv olaraq “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinə verilib.

Müsabiqədə iştirak etmək üçün 11 universiteti təmsil edən 75 komanda ərizə verib və onlardan yalnız 16-sı final mərhələsinə çıxa biliblər. Bütün komandalar 5 həftə ərzində biznes analizi, strategiyanın qurulması və təqdimat etmək bacarığı mövzularında təlimlər keçiblər. Birinci və ikinci yerləri Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunun tələbələrindən ibarət komandalar, üçüncü yeri isə Azərbaycan Diplomatik Akademiyasının tələbələrindən ibarət komanda tutub.

Azərbaycan Diplomatik Akademiyası layihənin akademik sponsoru kimi çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR