Bank Of Baku

Həftə sonu Azərbaycan ərazisində çiskinli hava gözlənilir

Həftə sonu Azərbaycan ərazisində çiskinli hava gözlənilir
# 16 dekabr 2011 10:20 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 17-də gün ərzində əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman, qıraq şərq rayonlarında isə çiskinli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Dekabrın 18-da bölgələrdə havanın gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, səhər və axşam duman, bəzi şərq rayonlarda çiskinli az yağıntı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR