Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tvinninq layihəsinin rəhbər komitəsinin iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tvinninq layihəsinin rəhbər komitəsinin iclası keçirilib
# 16 dekabr 2011 10:47 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. “Azərbaycan Respublikasında təhlükəsiz və sağlam əmək şəraitinin (TSƏŞ) təkmilləşdirilməsi üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) Dəstək” Tvinninq layihəsinin rəhbər komitəsinin ikinci iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata gərə, iclasda çıxış edən Tvinninq Layihəsinin müşaviri Karl Kuhn və DƏMX-nin rəis müavini Rauf Tağıyev layihənin icrası ilə bağlı ötən üç ay ərzində milli qanunvericilik sisteminə dəyişikliklərin edilməsi, təlim strategiyasının hazırlanması və gələcək perspektivlər barədə ətraflı məlumatlar veriblər. İclasda Beynəlxalq Maliyyə Korporasiyasının müxtəlif ölkələrdəki iş təcrübəsindən faydalanmaq məqsədilə layihə və DƏMX-nin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov bu məqsədilə DƏMX-nin mərkəzi və iki regional laboratoriyalarının institusional və mütəxəssis potensialının gücləndirilməsi istiqamətində növbəti Tvinninq layihəsinin qısa zamanda işlənib hazırlanması və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə təqdim olunmasını təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR