Bank Of Baku

“İzotop” xüsusi kombinatı tərəfindən bu il 105 kq radioaktiv tullantı uzunmüddətli saxlanmaya-basdırmaya qəbul edilib

“İzotop” xüsusi kombinatı tərəfindən bu il 105 kq radioaktiv tullantı uzunmüddətli saxlanmaya-basdırmaya qəbul edilib
# 16 dekabr 2011 11:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin və ionlaşdırıcı şüalanma mənbəyinin fiziki mühafizəsinin təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətinin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən 2011-ci il ərzində müxtəlif təyinatlı 99 müəssisədə nəzarət-yoxlama tədbirləri həyata keçirilib. APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Nazir qeyd edib ki, radioaktiv mənbələrin respublika ərazisinə gətirilməsi və ölkə ərazisindən çıxarılması üçün 17 müəssisəyə 58 sayda rəy və texniki arayışlar verilib. Radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 16 müəssisədə 136 radioaktiv mənbənin dozimetrik yoxlanılması haqqında 49 akt tərtib olunub.

K. Heydərov bildirib ki, 2011-ci il ərzində “İzotop” xüsusi kombinatı tərəfindən 105 kq radioaktiv tullantı uzunmüddətli saxlanmaya-basdırmaya, 198 ədəd radioaktiv mənbə isə uzunmüddətli saxlanmaya qəbul edilib, 185 ədəd radioaktiv mənbənin təhlükəsiz nəqli həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR