Bank Of Baku

Gələn il Azərbaycanda pensiya xərcləri ÜDM-in 5,34%-nə çatacaq

Gələn il Azərbaycanda pensiya xərcləri ÜDM-in 5,34%-nə çatacaq
# 16 dekabr 2011 11:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Təkcə 2011-ci ildə həyata keçirilmiş pensiya islahatları nəticəsində gələn il pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 410 mln. manat təşkil edəcək ki, bu da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2012-ci il büdcəsinin gəlirlərinin 17%-ni təşkil edir. “APA-Economics”in xəbərinə görə, bu barədə DSMF sədri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu islahat sayəsində pensiyaçıların 97%-nin pensiya məbləği yoxsulluq həddini aşıb və bu artımlardan sonra pensiya xərclərinin ölkənin ÜDM-na olan nisbəti artaraq 2012-ci ildə 5,34%-ə çatacaq.

Qeyd edək ki, bu göstərici 2003-cü ildə 3,9% olub və bu gün qonşu Rusiyada 8%, Qazaxıstanda 4,7%, Almaniya və Fransada 13%, Avstriya və İtaliyada 15%, İqtisadi Əməkdaşlıq və İslam Əməkdaşlıq təşkilatlarına üzv olan ölkələrdə isə ortalama 14%-dir.

S.Müslümov bildirib ki, bəzi xarici ölkələrdə bu nisbətin böyük olması həm də həmin ölkələrdə pensiya yükünün böyük olduğunu göstərir və nəticədə bəzi ölkələr bu vəzifənin öhdəsindən gələ bilmirlər: «Artıq bir sıra ölkələrdə, məsələn, İtaliya, Yunanıstan, İrlandiya, İspaniyada milli iqtisadiyyatın mövcud şərtlər daxilində pensiya yükünü çəkmək iqtidarında olmadığı üzə çıxır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR