Bank Of Baku

“Azərbaycanda qeyri-hökumət təşkilatları qanunvericiliyinə baxış: nəticələr və tövsiyələr” mövzusunda ictimai müzakirələr keçirilib

“Azərbaycanda qeyri-hökumət təşkilatları qanunvericiliyinə baxış: nəticələr və tövsiyələr” mövzusunda ictimai müzakirələr keçirilib
# 16 dekabr 2011 11:42 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Uşaqların Xilası” beynəlxalq təşkilatı Avropa Birliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda qeyri-hökumət təşkilatları qanunvericiliyinə baxış: nəticələr və tövsiyələr” mövzusunda ictimai müzakirə keçirib. APA-nın məlumatına görə, tədbirdə QHT-lərlə bağlı qanunvericiliyin ekspertizası və onun təkmilləşdirilməsi, qanunlarda və müvafiq normativ-hüquqi sənədlərdə olan boşluqların aradan qaldırılması ilə əlaqədar təkliflər müzakirə olunub. “Uşaqların Xilası” təşkilatının eksperti, Milli QHT Forumunun İdarə Heyətinin Sədri Aydın Kərimov bildirib ki, QHT-lərə dövlət dəstəyi verilməlidir: ”QHT-lər üçün əlverişli iş mühiti yaradılmalıdır. Dövlət qeydiyyatında olan maneələr aradan qaldırılmalı, əlverişli iqtisadi şərait yaradılmalıdır”.

Millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, regionlarda QHT-in fəaliyyətinin aktivləşdirilməsinə ehtiyac var. M. İbrahimqızı QHT-in problemləri mövzusunda dinləmələrin keçirilməsinin vacib olduğunu da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR