Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi xaricdə təhsil dövlət proqramı ilə bağlı təkliflər hazırlayıb

İqtisadi Tədqiqatlar Mərkəzi xaricdə təhsil dövlət proqramı ilə bağlı təkliflər hazırlayıb
# 16 dekabr 2011 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ABŞ səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın monitorinqi: şəffaflıq və səmərəlilik» layihəsinin nəticələrini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, tədbirdə İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib ki, layihə 2011-ci ilin iyun-dekabr əhatə edib. Burada əsas məqsəd ölkə başçısının 2007-ci ildə imzaladığı «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın icrası prosesində şəffaflıq və hesabatlılığın artırılması, bilik və bacarıqları imkan verən bütün gənclərin proqramdan bərabər şərtlərlə bəhrələnə bilməsidir.

Layihə çərçivəsində proqram və onun icra mexanizmlərini müəyyənləşdirən hüquqi baza araşdırılıb, bu sahədə mütərəqqi xarici təcrübə öyrənilib, müqayisəli analizlər aparılıb. Tədqiqat zamanı proqramın icrasında iştirak edən dövlət qurumlarına 13 informasiya sorğusu göndərilib, verilən cavablar analiz edilib və yekunda proqramın icrası prosesini təkmilləşdirilməsi, bu sahədə şəffaflıq və hesabatlılığın artırılması, proqramdan bilik və bacarıqları imkan verən bütün gənclərin yararlana bilməsinə şərait yaratmaq üçün təklif və tövsiyələr hazırlanıb.

Q.İbadoğlu bildirib ki, təkliflərdə proqramın idarəçiliyinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilməsi, komissiyanın tərkibində bu işlə məşğul olan struktur ştat vahidlərinin sayı işlərə adekvat olaraq müəyyənləşdirilməsi, prezident yanında yaradılmış komissiyanın tərkibinə vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in iştirakının təmin olunması, nüfuzlu xarici olimpiadaların qaliblərinə xaricdə ali təhsil almaq üçün güzəştlərin tətbiq olunması, gecikməni nəzərə alaraq tələbələrin xərclərinin bir hissəsinin əvvəlcədən onların hesablarına köçürülməsi və digər məsələlər tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR