Bank Of Baku

DSMF-nin pensiya xərcləri gələn il 13% artacaq

DSMF-nin pensiya xərcləri gələn il 13% artacaq
# 16 dekabr 2011 11:58 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, pensiyaçıların sayının proqnozlaşdırılması zamanı 2011-ci ildə 1949-cu ildə doğulmuş 43,1 min nəfər kişinin 41,3%-nin və 1953-cü ildə (1 iyula qədər) doğulmuş 24,7 min nəfər qadının 11,1%-nin yaşa görə pensiya sisteminə daxil olacağı, bu zaman həmin illərdə doğulmuş kişi və qadınlardan müxtəlif səbəblər, yəni dünyasını dəyişmə, ölkədən köçüb getmə, güzəştli pensiya hüququndan istifadə etmə, əlil olma nəticəsində müəyyən şəxslərin sistemdən kənarda qalacağı nəzərə alınıb: «Bütün bu amillər hesaba alınmaqla il ərzində sistemə yaşa görə 23,3 min nəfərin, əlilliyə görə 13,6 min nəfərin, ailə başçısının itirilməsinə görə isə 6,2 min nəfərin, ümumilikdə 43,1 min nəfərin daxil olacağı, müxtəlif səbəblərdən isə sistemi 45,1 min nəfərin tərk edəcəyi proqnozlaşdırılır».

Bütün bunlar nəzərə alınmaqla DSMF-nin 2012-ci ildə pensiya xərcləri 2 mlrd. 322,5 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 13,4% və ya 275,1 mln. manat çoxdur.

Pensiya xərclərinin 56%-i və ya 1 mlrd. 261 mln. manatı əmək pensiyalarının baza hissəsinin, 44%-i və ya 1020 mln. manatı isə sığorta hissəsinin payına düşür ki, bu da 2011-ci ilə nisbətən sığorta hissəsinin xüsusi çəkisinin 8,3% artması deməkdir. S.Müslümov bildirib ki, növbəti ildə pensiyaların sığorta hissəsinin artımına cəmi 290 mln. manat vəsait yönəldiləcək ki, bunun da 200 mln. manatı 2010-cu ilin 1 yanvarına qədər pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması nəticəsində onların pensiyalarının sığorta hissəsinin yaranması və artırılmasına sərf ediləcək: «Bundan başqa, artımın 22 mln. manatı sistemə 2011-ci ildə daxil olan pensiyaçıların pensiyalarının sığorta hissəsinin sistemdən çıxan pensiyaçılarınkından yüksək olan hissəsinin maliyyələşdirilməsinə, 68 mln. manatı isə əmək pensiyalarının sığorta hissəsinin 2011-ci ilin istehlak qiymətlərinin gözlənilən artımına uyğun indeksləşdirilməsinə yönəldiləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR