Bank Of Baku

Torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə 116 yeni evin tikintisinə başlanıb

Torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə 116 yeni evin tikintisinə başlanıb
# 16 dekabr 2011 12:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “2011-ci ildə Quba rayonunun Güləzi kəndində baş verən torpaq sürüşməsi ilə əlaqədar əhalinin köçürülməsi məqsədilə rayonun Aşağı Atuc kəndi yaxınlığında birinci mərhələ üzrə 189 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb”. APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib. O bildirib ki, torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə Şamaxıda 30, Xaçmaz 26, Qusarda 16, eləcə də Abşeron, Ağsu, Astara, Lerik, Tovuz rayonlarında ümumilikdə 116 evin tikintisinə başlanıb: “Bundan başqa, müxtəlif səbəblərdən uçmuş çoxmənzilli yaşayış binaları əvəzinə Bakı şəhəri, Bəsti Bağırova küçəsində 18 mərtəbəli, Rəsulzadə küçəsində 5 mərtəbəli binanın hazırda tikintisi aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR