Bank Of Baku

FHN-in xilasetmə qrupları tərəfindən fövqəladə və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı il ərzində 851 nəfər xilas edilib

FHN-in xilasetmə qrupları tərəfindən fövqəladə və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı il ərzində 851 nəfər xilas edilib
# 16 dekabr 2011 12:32 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib. O bildirib ki, fövqəladə və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 851 nəfər, o cümlədən ağır yol-nəqliyyat qəzaları zaman deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış vəziyyətdə qalmış 208 nəfər zərərçəkmiş xilas edilib.

Baş vermiş fövqəladə hadisələrə çevik reaksiya verilməsi və zərərçəkmişlərə təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsinin vacibliyi nəzərə alınaraq, nəqliyyatın daha intensiv hərəkət etdiyi yolların keçdiyi 12 rayonda yerləşən Dövlət Yanğından Mühafizə Xidməti hissələrinin tərkibində çevik xilasetmə əməliyyatlarının aparılması üçün xilasedici dəstələr yaradılıb, onlar “Nissan Patrol” markalı xüsusi nəqliyyat vasitələri və xilasetmə avadanlıqları ilə təchiz edilib.

Ötən dövrdə xilasedicilər tərəfindən 105 dəfə nəqliyyat qəzalarına çıxışlar olub, deformasiyaya uğramış nəqliyyat vasitələrindən 186 nəfər xüsusi xilasetmə avadanlıqları ilə çıxarılaraq tibb məntəqələrinə çatdırılıb, 107 nəfərin cəsədi aidiyyəti qurumlara təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR