Bank Of Baku

TQDK III və IV ixtisas qrupları üzrə yeni test modelini müəyyənləşdirib

TQDK III və IV ixtisas qrupları üzrə yeni test modelini müəyyənləşdirib
# 16 dekabr 2011 13:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) III və IV ixtisas qrupları üzrə yeni test modelinin müəyyənləşdirilməsi ilə bağlı müzakirə aparılıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, riyaziyyat fənni üzrə keçirilən seminarda test modelinin formalaşdırılması ilə əlaqədar yaradılmış işçi qrupu tərəfindən test modeli üçün təklif olunmuş test tapşırıqları nümunələri müzakirəyə təqdim edilib. Seminarda 7 test tapşırığı müzakirə olunub. Test tapşırıqlarının hər biri mürəkkəblik dərəcəsinə, qabiliyyət göstəricilərinə görə və məzmun baxımından təhlil edilib. Müzakirələr nəticəsində redaktə xarakterli düzəlişlər nəzərə alınmaqla, 6 test tapşırığı qəbul olunub.
Yeni test modeli 2012-ci ildə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR