Bank Of Baku

FHN-in Hacıqabul, Sabirabad və Kürdəmir rayon yanğından mühafizə hissələrinin yeni binalarının açılışı olub - FOTO

FHN-in Hacıqabul, Sabirabad və Kürdəmir rayon yanğından mühafizə hissələrinin yeni binalarının açılışı olub - <font color=red>FOTO</font>
# 16 dekabr 2011 13:24 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul, Sabirabad və Kürdəmir rayon yanğından mühafizə hissələrinin yeni binalarının açılışı olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, yeni binalar Hacıqabul rayon mərkəzində, Sabirabad rayon mərkəzində, Şəhriyar kəndində və Kürdəmir rayonunda yerləşir. Bütün binalar lazım olan infrastruktur və avadanlıqlarla təmin olunub.

Şəxsi heyət üçün təlim-məşq qüllələri, otaqlar, kazarma və akt zallar da istifadəyə verilib. Açılış mərasimində fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov iştirak edib, bina və yaradılan şəraitlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR