Bank Of Baku

Akademik Kitab Mərkəzinin yaradılmasının 55 illiyi münasibəti ilə xeyriyyə aksiyası keçirilib

Akademik Kitab Mərkəzinin yaradılmasının 55 illiyi münasibəti ilə xeyriyyə aksiyası keçirilib
# 16 dekabr 2011 14:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Akademik Kitab Mərkəzinin yaradılmasının 55 illiyi münasibəti ilə xeyriyyə aksiyası keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Akademik Kitab Mərkəzinin rəhbəri Yeganə Zeynalova bildirib ki, mərkəz 1956-cı ildə yaradılıb və bu günə kimi öz fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, tədbir Yeni İl və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə həyata keçirilib və tədbirə uşaq evlərinin sakinləri qatılıb: “Tədbirdə uşaqlar üçün xüsusi proqram həyata keçirdik. Proqramın sonunda onlara xüsusi hədiyyələr təqdim edildi. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların kitaba olan sevgisini, marağını daha da artırmaqdır. Öz adımızdan çalışdıq ki, ehtiyacı olan uşaqlardan qayğımızı əsirgəməyək və bugünkü gün uzaqların yaddaşından uzun müddət silinməsin”.

Xeyriyyə aksiyasında 2 saylı uşaq evinin sakinləri iştirak edib. Mərkəz rəhbəri deyib ki, ənənəvi olaraq müxtəlif bayramlarda bu cür tədbirlər təşkil olunur. Növbəti il Novruz bayramında da xeyriyyə aksiyasının keçirilməsi nəzərdə tutulur. Akademik Kitab Mərkəzinin 55 illik yubiley silsiləsindən növbəti tədbir yeni ilə qədər keçiriləcək.

Xeyriyyə aksiyasında millət vəkilləri, yazıçılar və müğənnilər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR