Bank Of Baku

Xəzər dənizinin Su Bioresursları Komissiyası nərə cinsli balıqların sənaye ovuna qadağa qoyub

Xəzər dənizinin Su Bioresursları Komissiyası nərə cinsli balıqların sənaye ovuna qadağa qoyub
# 16 dekabr 2011 14:48 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Xəzər dənizinin Su Bioresursları Komissiyasının Bakıda keçirilən 32-ci iclasında Xəzər dənizində nərə cinsli balıqların ovlanılması üçün kvota müəyyən olunmayıb. Komissiyanın səlahiyyətləri daxilində Xəzər dənizində nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulub. Bu barədə APA-ya açıqlamasında Xəzərin su bioresursları komissiyasının daimi üzvü Tariyel Məmmədli bildirib.

T. Məmmədlinin sözlərinə görə, Xəzər dənizində nərə cinsli balıqların ovlanılması ilə bağlı qadağanın nəzərdə tutulduğu saziş layihəsinin işlənilməsi davam etdiriləcək: “Saziş layihəsi 3 aydan sonra Sank-Peterburqda işçi qrupu tərəfindən işləniləcək. Bundan sonra sənəd növbədənkənar iclasa çıxarılacaq”.

T. Məmmədli deyib ki, sözügedən moratoriumun neçə il müddətinə tətbiq ediləcəyi də həmin sazişdə əksini tapacaq.

Qeyd edək ki, Xəzər dənizinin Su Bioresursları Komissiyasının 32-ci iclası Bakıda keçirilib. İclas bu gün öz işini başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR