Bank Of Baku

Ağdamın cəbhəyanı yaşayış məntəqələrində müharibədən zərər görmüş yaşayış evlərinin bərpasına başlanıb

Ağdamın cəbhəyanı yaşayış məntəqələrində müharibədən zərər görmüş yaşayış evlərinin bərpasına başlanıb
# 16 dekabr 2011 15:16 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamın cəbhəyanı yaşayış məntəqələrində müharibədən zərər görmüş yaşayış evlərinin bərpasına başlanıb. Evlərdən bəziləri düşmənin daimi hədəfində olduğundan onların sahibləri üçün kəndin daha təhlükəsiz hissəsində yeni evlər inşa olunacaq. Təhlükəli sahələrdə olan evlərin əvəzinə inşa olunacaq evlər üçün torpaq sahələri ayrılıb və tikinti işlərinə başlamaq üçün bütün vəsaitlər ev sahiblərinə təhvil verilib. Sonuncu dəfə bu ərazidə 1997-ci ildə beynəlxalq humanitar təşkilatlar tərəfindən qismən təmir işi aparılıb.

Ağdam Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, tikinti-quraşdırma işləri rayonun 7 ərazi nümayəndəliyi üzrə aparılır və bu öhdəliyi Azərbaycan Ərazilərinin Bərpası Milli Agentliyi öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR