Bank Of Baku

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin su təchizatı sistemləri yenidən qurulub

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin su təchizatı sistemləri yenidən qurulub
# 16 dekabr 2011 16:50 (UTC +04:00)
Biləsuvar. Əlibəy Zeynallı - APA. Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin su təchizatı sistemləri yenidən qurularaq istifadəyə verilib. Biləsuvar Rayon İcra Hakimiyyətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bununla, Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələri içməli su ilə təmin olunub.

Rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 6 qəsəbədə su təchizatı sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərə bu ilin may ayında “Azərsu” ASC tərəfindən başlanıb. Layihəyə uyğun olaraq qəsəbələrdə yaşayan məcburi köçkünlərin içməli su ilə təminatının əsaslı şəkildə yaxşılaşdırılması üçün 12 km magistral, 89 km uzunluğunda qəsəbədaxili su xətləri çəkilib, 2602 mənzilə və inzibati binaya qoşulma verilib.

Dayanıqlı su anbarı, nasosxana inşa edilib, 18 ədəd nasos və 63 kVt-lıq 6 transformator quraşdırılıb. Qəsəbələri keyfiyyətli içməli su ilə 14 subartezian quyu təmin edir. Quyu zonasında ümumi tutumu 4 min kubmetr olan 2 anbar və xlorator qurğusu var.

Layihənin icrası nəticəsində 6 qəsəbədə 12 minə yaxın məcburi köçkünün içməli su təchizatı yaxşılaşacaq.

Mərasimdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR