Bank Of Baku

Dekabrın 21-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Azərbaycan arasında müqavilə imzalanacaq

Dekabrın 21-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Azərbaycan arasında müqavilə imzalanacaq
# 17 dekabr 2011 08:42 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, müqaviləni Azərbaycan tərəfdən AMEA prezidenti Mahmud Kərimov imzalayacaq. Bununla əlaqədar dekabrın 19-da Mahmud Kərimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti AEBA-nın mərkəzi qərargahının yerləşdiyi Vyana şəhərinə yola düşəcək.

A. Qəribov deyib ki, bu ayın əvvəlində AEBA Azərbaycanın sterilizasiya qurğusu alması ilə bağlı elan edilən tenderin qalibini açıqlayıb. Tenderdə 6 şirkət iştirak edib, Macarıstan şirkəti qalib seçilib. Qurğunun Azərbaycana gələn ilin sonlarında gətiriləcəyi gözlənilir. O vaxta qədər isə Azərbaycanda qurğu üçün bina tikiləcək, kommunikasiyalar quraşdırılacaq.

Qeyd edək ki, Azərbaycanda sterilizasiya qurğusu üçün maliyyəni AEBA, radioaktiv izotop mənbələrinin pulunu isə Azərbaycan tərəfi ödəyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR