Bank Of Baku

Bakıda rus dilinin roluna həsr olunmuş konfrans keçirilib - FOTO

Bakıda rus dilinin roluna həsr olunmuş konfrans keçirilib - <font color=red>FOTO</font>
# 17 dekabr 2011 08:55 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Bakıda «Rus dilinin millətlərarası münasibətlər, qarşılıqlı əməkdaşlıq və mədəni əlaqələr sistemində rolu» mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycandakı rusiyalı soydaşların ictimai təşkilatları Əlaqələndirmə Şurasının təşkilatçılığı və Rusiya səfirliyinin dəstəyi ilə keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Oleq Kroxin rus dilinin Cənubi Qafqaz regionunda kommunikasiya vasitəsi kimi vacibliyini vurğulayıb.

Azərbaycan və Bakı yepiskopu Aleksandr Ata qeyd edib ki, rus dili Azərbaycanda aktuallığını itirməyib və hələ də orta məktəb və ali təhsil ocaqlarında tədris olunur: «Rus dili daşıyıcıları özünü Azərbaycanda azad və rahat hiss edirlər. Rus dilinin Azərbaycanda gələcəyi var. Ona təkcə daşıyıcılar deyil, Azərbaycandakı köklü xalqlar da maraq göstərir».

Qafqaz müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlı vurğulayıb ki, rus dili hələ də regionda millətlərarası ünsiyyət və rus ədəbiyyatının öyrənilməsi alətidir.

Konfrans iştirakçıları rusiyalı soydaşların maraq və hüquqlarının qorunması, gənclərin ictimai təşkilatların fəaliyyətinə cəlb edilməsi, milli adət-ənənələrin gənclər arasında yayılması və s. məsələləri müzakirə ediblər.

Tədbirin sonunda yekun qətnamə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR