Bank Of Baku

Bakıda “Tur Heyerdal – tədqiqatçı və alim” adlı sərgi keçiriləcək

Bakıda “Tur Heyerdal – tədqiqatçı və alim” adlı sərgi keçiriləcək
# 19 dekabr 2011 07:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2012-ci ilin mart-may aylarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli alim, səyyah Tur Heyerdala həsr olunmuş “Tur Heyerdal – tədqiqatçı və alim” adlı sərgi keçiriləcək. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgi Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən Kon-Tiki Muzeyi – Tur Heyerdal Müəssisəsi ilə əldə olunan razılığa əsasən baş tutacaq. Tədbir Norveçin Azərbaycandakı səfirliyi və “Statoyl” şirkətinin dəstəyi ilə gerçəkləşəcək. Sərgi ərəfəsində Tarix Muzeyində simpoziumun keçirilməsi də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR