Bank Of Baku

Cəlil Məmmədquluzadənin hekayələri macar dilində çap edilib

Cəlil Məmmədquluzadənin hekayələri macar dilində çap edilib
# 19 dekabr 2011 08:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin hekayələri macar dilində çap edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəylinin tərtib etdiyi və ön söz yazdığı “Seçilmiş hekayələr”ə C. Məmmədquluzadənin 10 hekayəsi daxil edilib.
Kitabı Budapeştdəki ELTE Universitetinin müəllimi, 1969-cu ildə BDU-nun Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmiş, tanınmış azərbaycanşünas Mariya Keneşi tərcümə edib.
Kitabda görkəmli alman rəssamı Oskar İvanoviç Şmerlinqin “Molla Nəsirəddin” jurnalına çəkdiyi karikaturalardan istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR