Bank Of Baku

Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərə dərsliklər göndərəcək

Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərə dərsliklər göndərəcək
# 19 dekabr 2011 08:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərə 17 adda 9251 ədəd dərslik göndərəcək. Bu barədə APA-ya Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə həmin məktəblərin dərslik problemləri həll ediləcək: “Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərin dərslik tələbatını öyrənmək məqsədilə Gürcüstanın Elm və Təhsil Nazirliyinə ünvanladığımız müraciətlərə cavab almışıq. Məlum olub ki, tələbat Azərbaycan dili və ədəbiyyat dərsliklərinədir. Biz artıq dərslikləri hazırlamışıq. Kitablar Gürcüstanın 12 şəhər və rayonunda azərbaycanlıların təhsil aldıqları məktəblərə göndəriləcək”.
F. Şahbazlı deyib ki, dərsliklərin göndərilməsi üçün lazım olan prosedur qadalar həyata keçiriləcək və onlar gələn həftə Gürcüstana çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR