Bank Of Baku

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 19 dekabr 2011 09:11 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Böyük Qafqaz çaylarında 100-200, Kiçik Qafqaz çaylarında 125-135, Naxçıvan MR çaylarında isə 80-90 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 142 kubmetr/saniyə olmaqla, ongünlük normanın 91 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 80 kubmetr/saniyə olmaqla, ongünlük normanın 106 faizini təşkil edir.

Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 579, Şirvanda, Salyanda 433, Bankədə 316, Araz çayının Novruzlu məntəqəsində isə 286 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR