Bank Of Baku

Faiq Ələkbərovun “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabı çapdan çıxıb

Faiq Ələkbərovun “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabı çapdan çıxıb
# 19 dekabr 2011 09:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi Faiq Ələkbərovun “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” adlı kitabı çap olunub. APA-nın xəbərinə görə, monoqrafiyada milli ideologiya problemi bütün aspektləri ilə tədqiqata cəlb edilib.

Kitabda etnos, millət, milliyyət, xalq, milli-mənəvi dəyər, milli ideya anlayışlarının ətraflı şərhi ilə bərabər, Azərbaycan xalqının formalaşması, etnogenezi, dini-fəlsəfi dünyagörüşü, dili, “Azərbaycan” sözünün tarixi-coğrafi və siyasi-ideoloji mənası geniş tədqiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR