Bank Of Baku

İçərişəhərdə istirahət guşəsi və Əzim Əzimzadənin büstünün açılış mərasimi keçiriləcək

İçərişəhərdə istirahət guşəsi və Əzim Əzimzadənin büstünün açılış mərasimi keçiriləcək
# 19 dekabr 2011 10:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dekabrın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçərişəhərdə “Arxeoloji Park” adlı istirahət guşəsinin və məşhur rəssam Əzim Əzimzadənin burada qoyulmuş büstünün açılış mərasimi keçiriləcək. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, “Arxeoloji Park” Bakı sakinlərinin və şəhərin qonaqlarının İçərişəhərdə vaxtlarını xoş və səmərəli keçirmələri, Azərbaycanın tarixi irsini və zəngin mədəni keçmişini təbliğ etmək məqsədi ilə yaradılıb.

Burada 1982-85-ci və 2010-cu illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş, X-XIII əsrə aid olan arxeoloji tapıntı sahələri konservasiya olunub, ətrafı abadlaşdırılıb. Parkın mərkəzində məşhur heykəltəraş Ömər Eldarovun müəllifi olduğu Azərbaycanın xalq rəssamı, karikatura sənətinin banisi Əzim Əzimzadənin büstü və qəhrəmanlarının fiqurlarından ibarət kompozisiya yer alacaq. Bu qəhrəmanlar köhnə şəhər tipajlarını özündə əks etdirəcək və İçərişəhərin ab-havası ilə vəhdət təşkil edəcək.

“Arxeoloji park”ın açılış mərasimində Nəfəsli Alətlər Orkestrinin ifasında Üzeyir Hacıbəyovun əsərlərindən ibarət konsert proqramı olacaq, tədbirin tərkib hissəsi kimi Kiçik Karvansara abidəsində dahi rəssam Əzim Əzimzadənin əsərlərindən ibarət sərgi təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR