Bank Of Baku

Azərbaycanda yeni peşə standartları hazırlanır

Azərbaycanda yeni peşə standartları hazırlanır
# 19 dekabr 2011 12:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin “ISCO88/08 standartlarına uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” alt-komponenti çərçivəsində emal və enerji sektorları üzrə sahə komissiyalarının iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, iclasda emal sektoru üzrə hazırlanmış nümunəvi peşə standartlarının hazırlanması prosesi haqqında məlumat verilib.

Aparılan müzakirələrin nəticəsi olaraq növbəti mərhələdə emal sektoru üzrə hazırlanması nəzərdə tutulmuş 26 nümunəvi peşə standartının siyahısı ilə əlaqədar ilkin razılıq əldə edilib. Bu siyahı, habelə emal sektoru üzrə hazırlanmış və yerli şəraitə uyğunlaşdırılmış 14, enerji sektoru üzrə 3 nümunəvi peşə standartının layihə variantı rəy və təkliflərin verilməsi üçün Komissiya üzvlərinə təqdim edilib.

Qeyd edək ki, peşə standartlarının hazırlanması “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində Almaniyanın “GOPA Consultants” beynəlxalq məsləhətçi şirkəti və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR