Bank Of Baku

Azərbaycanda doktoranturaya keçirilən qəbul imtahanlarında 8 əcnəbi iştirak edib

Azərbaycanda doktoranturaya keçirilən qəbul imtahanlarında 8 əcnəbi iştirak edib
# 19 dekabr 2011 13:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu il Azərbaycanda doktoranturaya keçirilən qəbul imtahanlarında 8 əcnəbi vətəndaş iştirak edib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, əcnəbi vətəndaşların daha çox üstünlük verdiyi elmi müəssisə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu olub. Bu müəssisəyə 4 əcnəbi vətəndaş sənəd verib.

A.Həşimov deyib ki, AMEA-nın Coğrafiya, Şərqşünaslıq, Radiasiya Problemləri institutlarının və Şamaxı Astrofizika Rəsədxanasının doktoranturalarının hər birinə 1 əcnəbi vətəndaş sənəd verib. Həmin şəxslərin qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanda doktoranturada əcnəbi vətəndaşlar üçün təhsil ödənişli əsaslarladır. Təhsil haqqının qiyməti isə 2500 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR