Bank Of Baku

2012-ci ildə iki Günəş və iki Ay tutulması olacaq

2012-ci ildə iki Günəş və iki Ay tutulması olacaq
# 19 dekabr 2011 13:53 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, ilin ilk qismən Ay tutulması gələn il iyun ayının 4-də olacaq. Həmin gün saat 15.01-də başlayan Ay tutulması saat 17.06-dək davam edəcək.

İlin ikinci qismən Ay tutulması isə noyabrın 28-də baş verəcək. Saat 16.18-də başlayacaq ay tutulması saat 20.51-də başa çatacaq. Hər iki təbiət hadisəsi Azərbgaycan ərazisindən qismən müşahidə olunacaq.

Gələn ilin ilk Günəş tutulması mayın 21-də müşahidə ediləcək. Bakı vaxtı ilə saat 01.56-da başlayacaq Günəş tutulması saat 07.49-da başa çatacaq.

İkinci Günəş tutulması isə noyabrın 14-də Bakı vaxtı ilə saat 23.39-da baş verəcək və saat 04.44-ə qədər davam edəcək. Günəş tutulmalarının heç biri Azərbaycan ərazisindən müşahidə edilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR