Bank Of Baku

Bu il Azərbaycan ərazisində 6 yeni telemetrik seysmik stansiya istifadəyə verilib

Bu il Azərbaycan ərazisində 6 yeni telemetrik seysmik stansiya istifadəyə verilib
# 19 dekabr 2011 15:04 (UTC +04:00)
Bununla da ölkə ərazisində olan seysmik stansiyaların sayı 31-ə çatdırılıb. RSXM-dan APA-ya verilən məlumata görə, bu il Mərkəz tərəfindən aparılan elmi tədqiqatlar iki istiqaməti əhatə edib. Bunlar respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinemetrik və dinamik parametrlərinin öyrənilməsi və Geofiziki (maqnitometriya və qravimetriya) və geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi olub. 31 telemetrik stansiyadan ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.
Geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi vasitəsilə geomaqnit sahəsi gərginliyinin, ağırlıq qüvvəsi və qravitasiya potensialin ikinci törəməsinin variasiyaları araşdırılır. Respublikanın seysmoaktiv bölgələrində geokimyəvi sahənin hidro-, qazo- və radiokimyəvi komponentləri analiz olunur. Bu işlər seysmogen zonaların deformasiya – gərginlik vəziyyətini qiymətləndirməyə və geokimyəvi və geofiziki sahələrdə Maqnitudası 4 bal olan zəlzələdən öncə anomal xəbərverici effektləri aşkarlamağa imkan verir.
RSXM tərəfindən 2011-ci ildə Azərbaycan Nazirlər Kabinetinin (NK) tapşırığı ilə Bayıl sürüşmə sahəsində seysmoloji, mühəndisi-seysmoloji və geofiziki tədqiqatlar aparılıb və alınan nəticələr NK-nın işçi qrupuna təqdim edilib.
İl ərzində mərkəzin əməkdaşları 7 beynəlxalq konfransda məruzələrlə iştirak edib və NATO xətti ilə Gürcüstanda treninq keçiblər. hazırda mərkəz 14 ölkənin seysmoloji və geofiziki institutları ilə elmi əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR