Bank Of Baku

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi gələn il fəaliyyətə başlayacaq

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi gələn il fəaliyyətə başlayacaq
# 19 dekabr 2011 15:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Müəllif Hüquqları Agentliyinin (MHA) tabeliyində yaradılan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi gələn il tam şəkildə fəaliyyətə başlayacaq. Bu barədə APA-ya MHA-nın hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. Onun sözlərinə görə, MHA bir ay müddətində Ədliyyə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə razılaşdırmaqla Mərkəzin strukturu ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

Mərkəz həm dövlət büdcəsindən, həm də qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdiriləcək. X. Həsənli deyib ki, digər mənbələrdən daxil olan vəsaitlər dedikdə əqli mülkiyyət məhsullarına nəzarət markalarının vurulması, hüquqi məsləhətlərin verilməsi, rəqəmli hüquqların idarəçiliyinin təşkili, zəruri hallarda əqli mülkiyyət hüquqlarının kollektiv əsaslarla idarəçiliyinin həyata keçirilməsi, iddia ərizələrinin tərtib edilməsi və s. nəzərdə tutulur. Hazırda Mərkəzin əsasnaməsi hazırlanır və müvafiq dövlət orqanları ilə razılaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR