Bank Of Baku

Azərbaycan prezidenti Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma işləri ilə tanış olub

Azərbaycan prezidenti Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma işləri ilə tanış olub
# 19 dekabr 2011 15:25 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident və xanımına parkda həyata keçirilən əsaslı yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib.

Bildirilib ki, əsası 1956-1960-cı illərdə qoyulmuş park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarına əsasən, mədəniyyət və istirahət parkı kimi fəaliyyətə başlanıb. Parkın ərazisi 23 hektardır. Parkın ərazisində küləyə və quraqlığa davamlı müxtəlif növ ağaclar əkilib. 1978-ci ildə parka dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilib, 2003-cü ildə isə burada Nəsiminin heykəli ucaldılıb.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Azərbaycan prezidenti İ. Əliyevin təşəbbüsü və tapşırığı ilə parkın yeni layihəsi hazırlanıb.

Dövlət başçısı və xanımı parkın gələcək görüntülərini əks etdirən stendlərə baxıblar. Bildirilib ki, əsaslı yenidənqurma və abadlıq işlərindən sonra ərazi şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzinə çevriləcək. Parkın ətrafındakı yaşayış binalarının fasadlarının və damlarının yenilənməsi və şəhərin müasir görkəminə uyğunlaşdırılacağı da qeyd olunub.

Parkda görülən işlərlə tanış olan prezident abadlıq və yenidənqurma tədbirləri ilə bağlı müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR