Bank Of Baku

Azərbaycanda piratçılığın səviyyəsi aşağı düşüb

Azərbaycanda piratçılığın səviyyəsi aşağı düşüb
# 19 dekabr 2011 15:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda Azərbaycanda piratçılığın səviyyəsi kitab nəşri sahəsində 61 faizdən 40 faizə, kompüter proqramları təminatı sahəsində 96 faizdən 88 faizə, audiovizual məhsul istehsalında 96 faizdən 70-80 faizə düşüb. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. O qeyd edib ki, əqli məhsullara nəzarət markalarının vurulmasından sonra ölkədə piratçılığın səviyyəsi daha da aşağı düşəcək: “Nəzarət markalarının yapışdırılması “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıla mübarizə haqqında” qanun layihəsinin qəbulu ilə tənzimlənəcək. Hələlik bu qanun qəbul olunma mərhələsindədir. Bundan sonra kitablara, çap məhsullarına, fonoqramlara, audiovizual əsərlərə, kompüter proqramlarına nəzarət markaları yapışdırılacaq. İndi bu markaların vurulması mümkün deyil”.

X. Həsənli bildirib ki, pirat məhsullara görə cərimələrin sərtləşdirilməsi də müzakirə olunur: “Bu, kifayət qədər mürəkkəb bir prosesdir. Söhbət sanksiyaların həm hüquqi, həm fiziki, həm vəzifəli şəxslərə inzibati qaydada tətbiqindən gedir. Cinayət tərkibi olan hərəkətlərdə azadlığın məhdudlaşdırılması ilə bağlı sanksiyaların sərtləşdirilməsi də müzakirə olunur. Bu təkliflər müsbət qarşılanıb və hazırda müzakirə olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR