Bank Of Baku

Şimali Kiprlə Azərbaycan arasında “Qardaşlaşmış məktəblər” layihəsi həyata keçiriləcək

Şimali Kiprlə Azərbaycan arasında “Qardaşlaşmış məktəblər” layihəsi həyata keçiriləcək
# 19 dekabr 2011 15:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Doğu Akdəniz Universitetinin Azərbaycandakı ali təhsil müəssisələri ilə əlaqələrinin yaradılması, birgə elmi konfransların keçirilməsi, təhsil işçilərindən ibarət nümayəndə heyətinin həmin universitetlə tanışlıq üçün oraya səfərini önəmli sayıb.

M. Mərdanov iki ölkə arasında “Qardaşlaşmış məktəblər” layihəsinin reallaşdırılmasının mümkün olduğunu bildirib. Nazir Şimali Kiprdə 1000-ə yaxın azərbaycanlı tələbənin müxtəlif ixtisaslara yiyələnməsini müsbət hal kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR