Bank Of Baku

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı ofisinin müşavirini qəbul edib

Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı ofisinin müşavirini qəbul edib
# 19 dekabr 2011 15:36 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müvəkkil BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı və onun regional ofisi ilə səmərəli əməkdaşlığın qurulduğunu, Bakıda və regionlarda bir neçə tədbirin keçirildiyini, Azərbaycan Ombudsman təsisatının insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin bundan sonra da genişləndirilməsində maraqlı olduğunu söyləyib.
E.Süleymanova BMT rəsmisinin Azərbaycan Ombudsmanının Universal Dövri İcmal (UDİ) üzrə təşkil olunmuş fəaliyyəti ilə bağlı sualını cavablandıraraq, bu barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, bu tövsiyələrin icrası vəziyyətini diqqətdə saxlayan Müvəkkil onların səmərəli icrasının təmini məqsədilə müvafiq dövlət qurumlarının və QHT-lərin iştirakı ilə müzakirələr təşkil edib.
Gələcək əməkdaşlığın prioritetlərinin müzakirə olunduğu görüşdə V.Şkolnikov insan hüquqları sahəsində işin daha da təkmilləşdirilməsi ilə bağlı Müvəkkilin təkliflərinin səmərəli olduğunu, qarşılıqlı əlaqələrin davam etdirilməsinin, informasiya mübadiləsinin zəruriliyini söyləyib və adıçəkilən təkliflərin nəzərə alınacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR