ARDNŞ rəsmisi: “Biz Sulutəpədə tikilini yox, yarımçıq tikilini sökmüşük” - REPORTAJ - FOTOSESSİYA
Ərazidə evi sökülən şəxslərdən biri Jalə Mirzəyevadır. O, evdə üç övladı ilə birgə yaşayırmış. J. Mirzəyevanın qayınatası Kibrə kişi 2 sot torpağı ARDNŞ-in adını çəkmək istəmədiyi əməkdaşından 3 min manata aldığını iddia edir: “İki ay idi, tikmişdik, gəlinim üç nəvəmlə burada yaşayırdı. Dekabrın 17-də ARDNŞ-in mühafizəçiləri gəlib sökdülər”.
J. Mirzəyevanın atası, Qarabağ müharibəsi əlili Sədaqət Şirinov da eyni iddiaları söyləyir: “Gəlib evi sökdülər. Əgər bu ərazidə ev tikmək qanunsuzdursa, niyə bu qədər insan ev tikib? Axı burada dövlətin özü tərəfindən məktəb, bağça, digər rəsmi qurumlar üçün bina tikib. Deməli, burada qanuni yaşayış var ki, məktəb də tikilib”.
Evi sökülmüş sakinlərdən biri də Amil Ayibovdur. “İki ay əvvəl tikdiyim evi gəlib sökdülər. Torpağı qayınatam vermişdi mənə. Onun kimdən aldığını bilmirəm. Amma dəqiq bildiyim odur ki, evi heç bir məhkəmə qərarı olmadan sökdülər”, - deyə, A. Ayibov bildirib.
Ərazidə yaşayan, bir neçə gün əvvəl evinin bir hissəsi sökülmüş Nəsibə Səfiyeva APA-nın müxbiri ilə söhbətində ev tikdikləri torpağı bələdiyyələrdən aldıqlarını deyib: “Ev həyat yoldaşım Firdovsi Səfiyevin adınadır. Torpağı 2001-ci ildə Xocasən bələdiyyəsindən almışıq, sənədləri də var. Evi isə 2003-cü ildə tikmişik”.
N. Səfiyeva APA-nın əməkdaşına “Mülkiyyətçi MMC” tərəfindən onlara məxsus evin qiymətləndirmə sənədlərini də göstərib. Sənədlərlə evin qiymətinin 30 400 manat olduğu qeyd olunub. Bundan başqa, N. Səfiyeva əmlakın sığorta sənədini də təqdim edib.
Sökülmüş evlərdən bəzilərinin yaxınlığında buruq var. Sakinlərin iddialarına görə, həmin buruqlar evlər tikildikdən sonra qurulub. Buruqların ətrafındakı evlərdən bir qismi sökülüb, bir qismində isə yaşayış var. Evləri sökülən şəxslərdən bir qismi dərhal həmin yerdə yeni ev tikir, yaxud sökülmüş tikilini bərpa edir. APA-nın əməkdaşının apardığı ən maraqlı müşahidə isə o olub ki, söküntü işləri bir-birindən xeyli aralı ərazilərdə aparılır. Sökülən evlər bir-birindən xeyli – yüz metrlərlə, kilometrlərlə aralıdır.
Mövzu ilə bağlı Xocasən bələdiyyəsi sədrinin müavini Rüstəm İsmayılov APA-ya açıqlamasında təmsilçisi olduğu bələdiyyənin “Bələdiyyə” MMC və “Mülkiyyətçi” MMC ilə əməkdaşlıq etdiyini deyib. Həmin MMC-lər ərazidəki vətəndaşların mülkiyyətlərini qiymətləndirir: “Vətəndaşın az xərci hesabına onların əmlaklarını qiymətləndirir, dəyərini müəyyənləşdirirlər. Bu, həm bələdiyyəyə, həm də vətəndaşa lazımdır. Bizə lazımdır ondan ötrü ki, vergi düzgün hesablansın. Qiymətləndirmə sənədində bələdiyyə sədrinin imzası olur, bələdiyyənin möhürü vurulub təsdiqlənir ki, həmin əmlak Xocasən bələdiyyəsinin inzibati ərazisindədir. Onu da deyim ki, müvafiq MMC-lərin verdiyi sənəd texniki xarakter daşıyır. Yəni hüquqi sənəd deyil”.
R. İsmayılov ərazidə xeyli insana bələdiyyə tərəfindən torpaq sənədinin verildiyini desə də, bələdiyyənin qərarlarından bir neçəsinin məhkəmə tərəfindən ləğv olunduğunu etiraf edib: “Hazırda bələdiyyənin verdiyi qərarların ləğv olunması ilə bağlı məhkəmədə iddialar olsa da, onların sayını dəqiq bilmirəm”. Sədr müavininin sözlərinə görə, məhkəmə bələdiyyənin qərarını ləğv edibsə, vətəndaş evindən çıxarılır, əmlakı sökülür. Bu zaman vətəndaşa heç bir maddi kompensasiya verilmir.
R. İsmayılov bunu məhkəmə qərarında vətəndaşa hansısa haqq ödənilməsinin göstərilməməsi ilə izah edir. Bələdiyyə sədrinin müavini onu da etiraf etdi ki, hətta məhkəmə qərarında vətəndaşın bələdiyyəyə ödədiyi məbləğin geri qaytarılması barədə nəsə göstərilsə belə, evi sökülən şəxsə cüzi miqdarda pul vəsaiti veriləcək. Məsələn, 2 sot torpağı olana 400-500 manat. Çünki sənəd üzərində vətəndaşın məhz bu qədər vəsait ödədiyi göstərilib. Reallıqda nə qədər ödəniş olunduğunu isə heç kim etiraf etmir. Xatırladaq ki, Xocasən bələdiyyəsinin əvvəlki sədri Zəfər Məsimov həbs olunub. Hətta ondan sonrakı bələdiyyə sədri Ədalət Seyidovun da həbs olunduğu, lakin sonradan azad olunduğu barədə mətbuatda məlumatlar yer alıb.
Hüquqşünas Aslan İsmayılov isə APA-ya açıqlamasında məsələni belə şərh edib: “Birincisi, heç kim məhkəmə qərarı olmadan icazəli, yaxud icazəsiz tikilini sökə bilməz. İcazəli, yaxud icazəsiz tikili yalnız məhkəmə qərarı ilə sökülə bilər. İkincisi, əgər məhkəmə qərarı olsa belə, qərarı yalnız məhkəmə icraçıları – Ədliyyə Nazirliyinin müvafiq qurumunun əməkdaşları icra edə bilər. Digər qurumların belə bir işə müdaxiləsini qanun istisna edir”.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya açıqlamasında deyib ki, mədən ərazisinə bələdiyyə sənədi verilə bilməz: “Bu, mümkün deyil. Əgər belə bir sənəd varsa da, bu, yalançı bir sənəddir”.
N. Quliyev Sulutəpə sakinlərinin ARDNŞ-in ünvanına işlətdiyi ittihamları qəti şəkildə rədd edib. O, sakinləri mədən ərazilərini qanunsuz olaraq zəbt etməkdə günahlandırıb. ARDNŞ-in təhlükəsizlik xidməti əməkdaşlarının sakinlərdən pul almaları barədə deyilənlərə gəlincə, N. Quliyev bununla bağlı şikayəti olanlara məhkəməyə üz tutmağı məsləhət görür: “Belə məsələləri məhkəmə ilə həll etmək lazımdır. Kimə pul veriblər, həmin adamı məhkəməyə versinlər”.
N. Quliyev son günlər məhkəmə qərarı olmadan bir neçə evin sökülməsinə də münasibət açıqlayıb: “Bunlar tikili yox, yarımçıq tikililərdir. Yeni tikililərin qarşısı qətiyyətlə alınır. Bu da həmin işin tərkib hissəsidir. Amma yaşayış olan evlərlə bağlı məhkəməyə müraciət olunur, yalnız iddia təmin edildikdən sonra ev sökülür”.
ARDNŞ rəsmisi Sulutəpədə evlər tikilmiş ərazilərin Azərbaycan hökuməti tərəfindən neft-qaz əməliyyatı aparmaqdan ötrü ARDNŞ-in sərəncamına verildiyini bildirib: “Eyni zamanda, Azərbaycan hökuməti “Binəqədi-Oil” Əməliyyat Şirkəti ilə müqavilə bağlayıb, həmin ərazini müəyyən müddətə icarəyə verib. Bu, o demək deyil ki, əgər “Binəqədi-Oil”ə icarəyə verilibsə, məsələnin Azərbaycan hökumətinə, yaxud ARDNŞ-ə aidiyyəti yoxdur”.
Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı hazırlanmış qanun layihəsindən xəbərsiz olduğunu deyən N. Quliyev belə bir qanun qəbul olunarsa, ona əməl ediləcəyini bildirib.
Sosial
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Xəbər Lenti
Kanadanın yaratdığı yeni müdafiə bankına Ukrayna da qoşulacaq
FIFA ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən kənarlaşdırıb
Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib
ABŞ İrana silsilə zərbələr endirməyə başlayıb
Rusiya Odessaya kaset başlıqlı ballistik raket zərbəsi endirib, yaralananlar var
ABŞ İrana qarşı neft sanksiyalarının yumşaldılmasını ləğv edib
Ukrayna və Estoniya pilotsuz sistemlər üzrə əməkdaşlıq sazişi imzalayıb
ABŞ-ın Venesuelaya zəlzələdən sonra ayırdığı yardım 310 milyon dolları ötüb
Gəncədə 22 yaşlı qızın meyiti tapılıb
Gəncədə 38 yaşlı kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb
Parisdə Mbappe ilə bağlı açıqlamaya görə cinayət işi başlanıb
Qətər İrandan beynəlxalq gəmiçiliyi təhdid edən addımları dayandırmağı tələb edib
Netanyahu: Türkiyəyə F-35 qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Macarıstanda dövlət televiziyası və radiosunun yayımı dayandırılıb
Tbilisi hava limanı leysan yağışları səbəbindən qismən işıqsız qalıb
DÇ-2026: Argentina millisi 1/4 final mərhələsinə yüksəlib
Çempionlar Liqası: “Sabah” Uelsin TNS komandasını məğlub edib
Bakının Şağan qəsəbəsində quru otluq sahədə yanğın söndürülüb - YENİLƏNİB
Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğulub
Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1
Hörmüz boğazında ABŞ İranın buraxdığı PUA-ları məhv edib
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb
Bakı–Sumqayıt şosesində avtomobil yanıb, yolda sıxlıq yaranıb
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib
Azərbaycan XİN rəhbəri Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Ərdoğanla Trampın təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO - YENİLƏNİB
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb
İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki nəfər saxlanılıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq
Rusiya Xarkovu idarəolunan aviasiya bombaları ilə vurub, ölən və yaralananlar var
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
Tramp: Ərdoğan da İranın nüvə silahına malik olmasını istəməz
Oğuzda buğda yüklü TIR yanıb - FOTO - VİDEO - YENİLƏNİB
AZAL Qars şəhərinə uçuşlara başlayır
Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində iştirak edə bilər
Ərdoğan: Liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar qəbul ediləcəyinə inanıram
Dövlət Komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılışında iştirak edib