Bank Of Baku

“İnternews Network” humanitar təşkilatı Tərtər çayı haqqında film çəkir - FOTOSESSİYA

“İnternews Network” humanitar təşkilatı Tərtər çayı haqqında film çəkir - <font color=red>FOTOSESSİYA</font>
# 20 dekabr 2011 10:25 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. “İnternews Network” humanitar təşkilatı bir hissəsi ermənilərin işğalı altında olan, bir hissəsi isə işğal edilməmiş Azərbaycan torpaqlarından axıb keçən Tərtər çayı haqqında film çəkir. APA-nın Qarabağ bürosunun xəbərinə görə, filmdə bütün proseslər çayın dili ilə təsvir olunur və bir vaxtlar bir yerdə, indi isə müharibə şəraitində yaşayan azərbaycanlılar və ermənilərin yaşayış tərzindən bəhs edilir.

Təmas xəttinin ermənilərin nəzarətində olan Azərbaycanın keçmiş Ağdərə və Kəlbəcər rayonları ərazisində filmin çəkilişlərini “Internews Armenia”nın əməkdaşları həyata keçirib. Bu işi Azərbaycan tərəfdən Humanitar Tədqiqatlar Cəmiyyəti reallaşdırır. Qurumun rəhbəri Əvəz Həsənov bildirib ki, filmin çəkilməsində əsas məqsəd tərəflərin sülhə çağırılmasına xidmət etməkdən ibarətdir. Hazırda çəkilişlər tamamlanmaq üzrədir.

Filmin nümayişi isə gələn il nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR