Bank Of Baku

Azərbaycanın Ucar rayonunda bir kisə un 4-5 manat ucuzlaşıb

Azərbaycanın Ucar rayonunda bir kisə un 4-5 manat ucuzlaşıb
# 20 dekabr 2011 12:03 (UTC +04:00)
Ucar. Zahid Abışov - APA. Azərbaycanın Ucar rayonunda unun kəskin ucuzlaşması müşahidə olunur. APA-nın yerli bürosunun xəbərinə görə, əvvəllər 50 kiloqramlıq un kisəsi 19-20 manata satılırdısa, bir neçə gündür ki, qiymət 15-16 manata düşüb.

Un satışı ilə məşğul olan şəxslər qiymətlərin enməsini yerli dəyirmanlardan unun ucuz alınması ilə izah edirlər. Ucuzlaşma çörəyin qiymətinə təsir göstərməsə də, çəkinin 40-50 qram artmasına səbəb olub.

Rayonda mal ətinin qiymətində də enmə müşahidə olunur. Bir qədər əvvələ kimi 1 kiloqramı 8 manata satılan mal əti 50 qəpik ucuzlaşıb. Mal kəsimi ilə məşğul olan qəssablar bunun yerlərdə kəsimə yararlı heyvanların çoxluğu və alıcılıq qabiliyyətinin aşağı olması ilə izah edirlər. Əvvəllər gün ərzində 80-100 kiloqram ət satan qəssablar son vaxtlar bu rəqəmin 30-40 kiloqram təşkil etdiyini deyirlər. Onların sözlərinə görə, ətin 1 kiloqramı bəzən 7 manata da satılır.

Qeyd edək ki, son günlər rayonda duru yağların qiymətində də təxminən 20 qəpik ucuzlaşma var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR