Azərbaycan nümayəndə heyəti ABŞ-da təcrübə səfərində olub
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, səfər əqli geriliyi olan insanlar üçün nəzərdə tutulan icma əsaslı xidmətlərin təşkili və iqtisadi əsasları, forma və növləri ilə bağlı ABŞ təcrübəsinin öyrənilməsi məqsədinə xidmət edib.
Səfər zamanı ABŞ-ın 12 mln. əhalisi olan Pensilvaniya ştatında əqli geriliyi olan insanlara əsasən qeyri-hökumət təşkilatları tərəfindən xidmətlər göstərildiyi müşahidə olunub. Nümayəndə heyətimiz həmin ştatda 55000 nəfər əqli geriliyi olan insana müxtəlif formalarda göstərilən sosial xidmətlərlə, habelə 5700 nəfər əqli geriliyi və ruhi-əsəb xəstəliyi olan şəxslərə müxtəlif növ sosial xidmətlər göstərən, 3200 nəfər işçisi olan Keystone İnsan Xidmətləri Təşkilatının fəaliyyəti ilə yaxından tanış olub.
Bildirilib ki, illik büdcəsi 140 mln. dollara bərabər olan və əsas maliyyə mənbəyi müvafiq dövlət proqramlarından formalaşan bu təşkilatın əsas məqsədi dövlət müəssisələrində yaşayan insanların icma şəraitində yaşamasını təmin etmək, eləcə də əlillərin belə müəssisələrə düşməsinin qarşısını almaqdır. Təşkilatın xidmət göstərdiyi şəxslərin yaşadıqları icma əsaslı 3 evlə tanış olan nümayəndə heyətinə belə evlərdə ağır, orta və yüngül xəstəlik diaqnozları olan şəxslərin birgə yaşadıqları məlum olub.
Pensilvaniya ştatının Dofin rayonunun Sosial müdafiə departamentinin Əqli gerilik və Erkən Müdaxilə Xidmətlərinin direktoru Dan Sausman və ştatın senatoru xanım Pat Vance ilə keçirilən görüşdə əqli geriliyi olan vətəndaşlar üçün hökumətin xidmət paketi barədə nümayəndə heyətimizə ətraflı məlumat verilib. Qeyd olunub ki, əqli geriliyi olanlara xidmət göstərən təşkilatların profil, say və çeşidinin çox olduğu bu rayonda əlilliyi olan şəxslərə xidmətin növünün və miqyasının müəyyən olunmasına yerli icra hakimiyyəti orqanı qərar verir. Bunun üçün əlilliyi olan şəxslərlə bağlı əhatəli şəkildə qiymətləndirmə işi aparılır və hər bir belə şəxs üçün Fərdi Dəstək Planı hazırlanır. Bu plan xidmət profili uyğun olan təşkilatlara təqdim edilir və ən münasib xidmət haqqı tələb edən təşkilatla müqavilə imzalanır. Xidmətin göstərilməsi prosesinə dövlətin daimi nəzarəti təmin olunur.
Keystone İnsan Xidmətləri Təşkilatının rəhbəri ilə keçirilən görüşdə sosial xidmətlər sahəsində birgə əməkdaşlığın həyata keçirilməsi, bu məqsədlə 2012-ci ilin birinci rübündə danışıqların davam etdirilməsi və yerli şəraitin öyrənilməsi üçün həmin təşkilatın rəhbərliyinin Azərbaycana rəsmi səfəri barədə razılıq əldə edilib.
Ölkəmizin ABŞ-dakı səfirliyində olan nümayəndə heyətimiz səfirliyin İqtisadi və siyasi məsələlər üzrə müşavirləri ilə görüşərək, səfərin məqsədi, həmçinin respublikamızda sosial xidmət sahəsində aparılan islahatlar barədə geniş məlumat veriblər. Görüşdə Azərbaycan və ABŞ-ın uyğun qurumları arasında sosial sahədə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Sosial
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Xəbər Lenti
Kanadanın yaratdığı yeni müdafiə bankına Ukrayna da qoşulacaq
FIFA ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən kənarlaşdırıb
Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib
ABŞ İrana silsilə zərbələr endirməyə başlayıb
Rusiya Odessaya kaset başlıqlı ballistik raket zərbəsi endirib, yaralananlar var
ABŞ İrana qarşı neft sanksiyalarının yumşaldılmasını ləğv edib
Ukrayna və Estoniya pilotsuz sistemlər üzrə əməkdaşlıq sazişi imzalayıb
ABŞ-ın Venesuelaya zəlzələdən sonra ayırdığı yardım 310 milyon dolları ötüb
Gəncədə 22 yaşlı qızın meyiti tapılıb
Gəncədə 38 yaşlı kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb
Parisdə Mbappe ilə bağlı açıqlamaya görə cinayət işi başlanıb
Qətər İrandan beynəlxalq gəmiçiliyi təhdid edən addımları dayandırmağı tələb edib
Netanyahu: Türkiyəyə F-35 qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Macarıstanda dövlət televiziyası və radiosunun yayımı dayandırılıb
Tbilisi hava limanı leysan yağışları səbəbindən qismən işıqsız qalıb
DÇ-2026: Argentina millisi 1/4 final mərhələsinə yüksəlib
Çempionlar Liqası: “Sabah” Uelsin TNS komandasını məğlub edib
Bakının Şağan qəsəbəsində quru otluq sahədə yanğın söndürülüb - YENİLƏNİB
Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğulub
Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1
Hörmüz boğazında ABŞ İranın buraxdığı PUA-ları məhv edib
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb
Bakı–Sumqayıt şosesində avtomobil yanıb, yolda sıxlıq yaranıb
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib
Azərbaycan XİN rəhbəri Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Ərdoğanla Trampın təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO - YENİLƏNİB
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb
İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki nəfər saxlanılıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq
Rusiya Xarkovu idarəolunan aviasiya bombaları ilə vurub, ölən və yaralananlar var
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
Tramp: Ərdoğan da İranın nüvə silahına malik olmasını istəməz
Oğuzda buğda yüklü TIR yanıb - FOTO - VİDEO - YENİLƏNİB
AZAL Qars şəhərinə uçuşlara başlayır
Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində iştirak edə bilər
Ərdoğan: Liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar qəbul ediləcəyinə inanıram
Dövlət Komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılışında iştirak edib