Bank Of Baku

Noyabrda Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2225 müraciət daxil olub

Noyabrda Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2225 müraciət daxil olub
# 20 dekabr 2011 14:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Noyabr ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2225 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir sıra müraciətlərdə məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələri, orta-ixtisas və ali məktəblərdəki çatışmazlıqlardan bəhs olunub. 76 belə müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində işlər görülüb. Ötən ay Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrindən 6 şikayət daxil olub. Müraciətlərdə yeməklərin keyfiyyəti, uşaqların bağçaya qəbulu və bu kimi digər məsələlərə toxunulub.

Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı 63 müraciət edilib. Bakıdan 23, Mingəçevir, Gəncə və Sumqayıt şəhərlərinin hər birindən 1, Abşerondan 7, Şəkidən 4, Kəlbəcər və Biləsuvar rayonlarının hər birindən 3, Cəlilabad, Masallı və Xaçmaz rayonlarının hər birindən 2, Füzuli, Ordubad, Yardımlı, Hacıqabul, Saatlı, Qubadlı, Quba, Zaqatala, Xocalı, Qazax, Tovuz, Daşkəsən, Şabran və Qəbələ rayonlarının hər birindən 1 müraciət daxil olub.

Müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə tapşırıqlar verilib. Araşdırma aparılan bir sıra məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi psixoloji iqlimin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.

Digər 7 müraciət isə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi, diplomların verilməməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan tələbələrin təqaüdlərinin müvafiq xarici ölkələrin təhsil müəssisələrinə köçürülməsi məsələləri ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR