Bank Of Baku

Azərbaycanda ABŞ tərəfindən maliyyələşdirilən “Qadın iştirakçılığı” proqramına start verilib

Azərbaycanda ABŞ tərəfindən maliyyələşdirilən “Qadın iştirakçılığı” proqramına start verilib
# 20 dekabr 2011 15:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşən “Qadın iştirakçılığı” proqramının həyata keçirilməsinə başlanması ilə əlaqədar tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən USAİD-in Azərbaycan missiyasının rəhbəri Maykl Qrin bildirib ki, layihənin məqsədi qadınları vacib məsələlər üzrə məlumatlandırmaq, ictimai-siyasi və qərar qəbul etmə proseslərində qadınların iştirakını dəstəkləmək, onların ictimai-iqtisadi statusunu gücləndirməkdir. “Kaunterpart” təşkilatı tərəfindən icra olunan 2 illik proqram çərçivəsində 6 qeyri-hökumət təşkilatı koalisiyasının layihələri maliyyələşdiriləcək.

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda qadınların ictimai-siyasi həyatdakı rolundan danışıb. O deyib ki, hazırda ölkənin Milli Məclisində təmsil olunan 125 deputatdan 20-si qadındır. Son bələdiyyə seçkilərində isə qadınların iştirak faizi 26,5 faizə çatdırılıb.

“Kaunterpart” təşkilatının gender məsələləri üzrə mütəxəssisi Ülviyyə Məmmədova “Qadın iştirakçılığı” proqramının əsas istiqamətləri ilə bağlı məlumat verib və bildirib ki, proqramın büdcəsi 1,325 min dollardır. Bu vəsaitin 562 min dolları qrantlar üçün sərf ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR