Bank Of Baku

Azərbaycan prezidenti “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb
# 20 dekabr 2011 15:06 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sərəncama əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Bundan başqa, Nazirlər Kabineti özünün və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, qanuna əsasən, Azərbaycanda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2012-ci il üçün 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.

Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR