Bank Of Baku

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb
# 20 dekabr 2011 15:11 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sərəncama əsasən Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Bundan başqa, Nazirlər Kabineti özünün və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, qanuna əsasən, Azərbaycanda Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat məbləğində təsdiq edilib.

Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR