Bank Of Baku

Aslan İsmayılov: “Vətəndaşların mülkiyyət hüquqları pozulur”

Aslan İsmayılov: “Vətəndaşların mülkiyyət hüquqları pozulur”
# 20 dekabr 2011 15:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Vəkil Aslan İsmayılov son vaxtlar Azərbaycanda vətəndaşların biznes və mülkiyyət hüquqlarının pozulduğunu deyib. APA-nın xəbərinə görə, A. İsmayılov keçirdiyi mətbuat konfransında Azərbaycanda Zülfüqarlı qardaşları kimi tanınan iş adamlarına qarşı qanunazidd hərəkətlər edildiyini bildirib. Mətbuatda bu məsələ ilə bağlı mütəmadi materialların getdiyini xatırladan vəkil müdafiəçisi olduğu Zülfüqarlı qardaşlarına məxsus “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının mülkiyyətçidən alındığını söyləyib. O, bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciətlər edildiyini nəzərə çatdırıb.

Müvafiq sənədləri mətbuat nümayəndələrinə təqdim edən hüquqşünas ona qarşı həbs hədələrinin səngimədiyini də söyləyib. A. İsmayılov bir necə gün əvvəl Binəqədi rayonunun Sulutəpə qəsəbəsində məhkəmə qərarı olmadan bəzi vətəndaşların evlərinin sökülməsini də açıqlayıb. O deyib ki, qanunsuz evlərin sökülməsi məsələsini məhkəmə qərarından sonra Ədliyyə Nazirliyində müvafiq qurum icra edir. A. İsmayılov problemin vətəndaşların mülkiyyət hüquqlarının qorunması çərçivəsində həll edilməsinin zəruriliyini vurğulayıb.

Məsələ ilə bağlı vəkil İradə Cavadova da çıxış edərək məhkəmə qərarı olmadan mülkiyyətin sökülməsinin qanuna zidd olduğunu bəyan edib. O, zərərçəkənlərin hüquqlarının müdafiəsi məqsədilə zəruri addımların atılmasının önəminə diqqət çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR