Azərbaycan prezidenti “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb
APA-nın verdiyi xəbərə görə, sənəddə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, Fondun 2012-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırmaqla 15 gün müddətində təsdiq etsin.
5. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2012-ci il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alsınlar.
6. Gəlir və xərc smetaları aidiyyəti sahə nazirlikləri, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilən hüquqi şəxslərə tapşırılsın ki, 2012-ci il üçün smetalarda əvvəlki illərdə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların ödənilməsini nəzərdə tutsunlar.
7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə lazımi tədbirləri həyata keçirsinlər”.
Sosial
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Xəbər Lenti
Kanadanın yaratdığı yeni müdafiə bankına Ukrayna da qoşulacaq
FIFA ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən kənarlaşdırıb
Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib
ABŞ İrana silsilə zərbələr endirməyə başlayıb
Rusiya Odessaya kaset başlıqlı ballistik raket zərbəsi endirib, yaralananlar var
ABŞ İrana qarşı neft sanksiyalarının yumşaldılmasını ləğv edib
Ukrayna və Estoniya pilotsuz sistemlər üzrə əməkdaşlıq sazişi imzalayıb
ABŞ-ın Venesuelaya zəlzələdən sonra ayırdığı yardım 310 milyon dolları ötüb
Gəncədə 22 yaşlı qızın meyiti tapılıb
Gəncədə 38 yaşlı kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb
Parisdə Mbappe ilə bağlı açıqlamaya görə cinayət işi başlanıb
Qətər İrandan beynəlxalq gəmiçiliyi təhdid edən addımları dayandırmağı tələb edib
Netanyahu: Türkiyəyə F-35 qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
Macarıstanda dövlət televiziyası və radiosunun yayımı dayandırılıb
Tbilisi hava limanı leysan yağışları səbəbindən qismən işıqsız qalıb
DÇ-2026: Argentina millisi 1/4 final mərhələsinə yüksəlib
Çempionlar Liqası: “Sabah” Uelsin TNS komandasını məğlub edib
Bakının Şağan qəsəbəsində quru otluq sahədə yanğın söndürülüb - YENİLƏNİB
Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğulub
Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1
Hörmüz boğazında ABŞ İranın buraxdığı PUA-ları məhv edib
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb
Bakı–Sumqayıt şosesində avtomobil yanıb, yolda sıxlıq yaranıb
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib
Azərbaycan XİN rəhbəri Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Ərdoğanla Trampın təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO - YENİLƏNİB
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb
İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki nəfər saxlanılıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq
Rusiya Xarkovu idarəolunan aviasiya bombaları ilə vurub, ölən və yaralananlar var
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
Tramp: Ərdoğan da İranın nüvə silahına malik olmasını istəməz
Oğuzda buğda yüklü TIR yanıb - FOTO - VİDEO - YENİLƏNİB
AZAL Qars şəhərinə uçuşlara başlayır
Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində iştirak edə bilər
Ərdoğan: Liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar qəbul ediləcəyinə inanıram
Dövlət Komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılışında iştirak edib