Bank Of Baku

Akademik Ziya Bünyadovun xatirəsi anılıb

Akademik Ziya Bünyadovun xatirəsi anılıb
# 21 dekabr 2011 08:39 (UTC +04:00)
Bakı – APA. Bu gün görkəmli şərqşünas alim, vaxtilə AMEA-nın vitse-prezidenti, AMEA Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmış akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür. APA-nın xəbərinə görə, bu münasibətlə AMEA-nın rəhbərliyi, AMEA Şərqşünaslıq İnstitutunun kollektivi, Ziya Bünyadovun həyat yoldaşı Tahirə Bünyadova və ailə üzvləri Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. Mərhumun məzarı üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb.

AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, vitse-prezidenti Nailə Vəlixanlı, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva çıxış edərək Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi Ziya Bünyadovun keçdiyi zəngin və mənalı həyat yolundan, qoyduğu böyük elmi irsdən, yaratdığı elmi məktəbdən danışıblar. Z. Bünyadovun öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanındığı vurğulanıb. Prezident İlham Əliyevin bu yaxınlarda akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığı qeyd edilərək bununla əlaqədar bir sıra tədbirlərin nəzərdə tutulduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR