Bank Of Baku

Azərbaycan ərazisində əsasən yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan ərazisində əsasən yağmursuz hava proqnozlaşdırılır
# 21 dekabr 2011 09:12 (UTC +04:00)
Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 5-8, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 23-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskin olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Dekabrın 23-də də hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman, çiskin olacaq. Lakin dekabrın 23-də axşam, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 3-7 dərəcə şaxta olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR