Bank Of Baku

Azərbaycanda ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmləri tətbiq ediləcək

Azərbaycanda ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmləri tətbiq ediləcək
# 21 dekabr 2011 10:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Gələn ilin əvvəlindən ünvanlı sosial yardım (ÜSY) üçün alternativ müraciət mexanizmlərinin Bakı şəhərinin rayonlarında, eyni zamanda respublikanın 14 şəhər və rayonunda tətbiq edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, bununla bağlı olaraq nazirlikdə qurumun müvafiq strukturlarının və həmin mexanizmlərin tətbiq olunacağı rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

İclasda bildirilib ki, ÜSY proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması məqsədilə hazırlanan alternativ müraciət mexanizmlərinin bu ilin avqust ayından pilot rayonlar olan Balakən və Cəlilabad rayonlarında sınaqdan keçirilməsinə başlanılıb. Sınaq işlərində müsbət təcrübə əldə edilib.

Nazirlikdən bildirilib ki, yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir. Yaxın zamanlarda həmin məlumatların mobil telefon nömrəsinə göndərilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR